Bakı. Trend:
ABŞ-nin Denver şəhərindən Los-Ancelesə uçan “United Airlines”
aviaşirkətinə məxsus “Boeing 737 MAX” tipli təyyarə
Solt-Leyk-Sitidə məcburi eniş etməli olub.
Trend xəbər verir
ki, bu barədə “The Aviation Herald” məlumat yayıb.
Hadisəyə səbəb təyyarə 11 000 metr hündürlükdə olarkən ön
şüşənin bir hissəsində çatın yaranması olub.
Xəbərdə bildirilir ki, “təyyarə laminasiya olunmuş ön şüşənin
bir qatındakı çatı aradan qaldırmaq üçün öz marşrutundan
çıxıb”.
Sərnişinlər aviaşirkətin təqdim etdiyi əvəzedici təyyarə ilə
altı saatlıq gecikmədən sonra Los-Ancelesə çatdırılıblar.

