Bakı. Trend:
Hans Hatebur mövsümün sonunadək “Lion”un heyətində çıxış
edəcək.
Trend xəbər verir ki, “Lion”
yarımmüdafiəçini “Renn”dən icarəyə götürdüyünü açıqlayıb. Bu, hər
Liqa 1 klubuna transfer pəncərəsi bağlandıqdan sonra bir azad
agenti və ya başqa bir Fransa klubunun futbolçusunu transfer etməyə
icazə verən “coker qaydası”ndan istifadə etməklə mümkün olub.
“Atalanta”dakı çıxışları ilə tanınan 31 yaşlı niderlandlı
futbolçu Fransa çempionatında cari mövsümdə cəmi bir oyun
keçirib.

