​Bolqarıstanın ABŞ-dən aldığı F-16-lar anqarda qalıb

Baş səhifə

Bolqarıstanın ABŞ-dən aldığı F-16-lar uçmur.

Metbuat.az xəbər verir ki, pilotlar olmadığı üçün təyyarələr anqarda qalıb. Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Nikolay Rusev bildirib ki, yalnız iki pilot yeni “F-16 Blok 70” modelini idarə etmək üçün təlim keçib. Digər pilotlar köhnə F-16 təyyarələri üzrə təlim keçdikləri üçün yeniləri idarə edə bilmir. Onun sözlərinə görə, indiyədək 4 təyyarə gətirilib, lakin onlardan yalnız biri rəsmi olaraq qəbul edilib.

ABŞ-dən daha iki təyyarə tədarük ediləcək. Hazırda Hərbi Hava Qüvvələrinin inventarında iki tək yerlik və iki cüt yerlik F-16 var. Rusev pilot hazırlığının planlaşdırıldığı kimi getmədiyini bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.