
Bakı. Trend:
Müalicə məqsədi ilə ölkəyə gələn turistlərin sayında artım
müşahidə edilir.
Trend xəbər
verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov
II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı”nda deyib.
Onun sözlərinə görə, hazırda xüsusilə Naftalan istiqamətində
keçmiş postsovet ölkələrindən gələn turistlərin sayı ildən-ilə
artır:
“Bu istiqamətdə də müəyyən işlər görməyə davam edirik.
Bilirsiniz ki, Prezident İlham Əliyev Naftalan neftinin sağlamlıq
turizimdə istifadəsi ilə bağlı sərəncam verib. Bu istiqamətdə işlər
aparılır. Burda həmin xidmətlərin müalicə tərəflərinin
dəqiqləşdirilməsi və genişləndirilməsi və dünya standartlarına
çatdırılması üçün müəyyən proqram icra edilir”.
Agentlik rəsmisi qeyd edib ki, Azərbaycan növbəti illərdə özünün
müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər”.

