Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən
ümumilikdə 33.110 şəxs qəbul edilib.

Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və
inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi
uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s.
məsələlərlə bağlı 44.450 xidmət göstərilib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 6.99 faiz çoxdur.




Ümumi xidmətlərin 85 faizini 9 xidmət növü (şifahi və hazır
sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil
edib.

Eyni zamanda, bu ilin yanvar-sentyabr aylarında vergi
ödəyicilərinə 664.698 məlumatlandırma xarakterli müxtəlif növ
ildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 88
görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə
2.569 müraciət üzrə 4.568 “Asan İmza” sertifikatı verilib.