Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq

Baş səhifə

Bakı.Trend:

Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində
fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli
küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz
sızmasının aradan qaldırılması ilə əlaqədar 13.10.2025-ci il
tarixdə saat 10:00-dan işlər tamamlananadək qaz təchizatı
dayandırılacaq.

“Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Nizami,
Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və
İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz
təchizatında fasilə yaranacaq”,-qurumdan əlavə edilib.