Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək “Sülh Sammiti”ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Səfərin detalları barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, oktyabrın 13-ü Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı “Sülh Sammiti” keçiriləcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

