“CIDC 2025” festivalı çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışmasının qalibləri müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

“CIDC 2025 – Critical Infrastructure Defence Challenge”
kibertəhlükəsizlik festivalının çərçivəsində keçirilən “Ağıllı
şəhərlərdə kibermüharibə” yarışmasının qalibləri müəyyənləşib.

Trend
xəbər verir ki, “AzInTelecon” komandası birinci, “CyberCell”
komandası ikinci, “Bir Sec” komandası isə üçüncü yerin sahibi
olub.

Məlumat üçün bildirək ki, festivalın əsas hissəsini təşkil edən
virtual kibermüharibə yarışı bu il “Ağıllı şəhərlərdə
kibermüharibə” konsepti əsasında həyata keçirilib.




Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və
telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5
xarici komanda iştirak edib. Onların arasında Birləşmiş Ərəb
Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan
komandaları yer alıb.

Qeyd edək ki, qalib komandalar 30 min manatlıq mükafat fonduna
(1-ci yer 15 min, 2-ci yer 10 min, 3-cü yer 5 min) sahib olub.