
Bakı. Trend:
Niderlandın ING bank qrupu “Brent” markalı neftin və “Dutch TTF”
markalı təbii qazın 2028-ci ilə qədər qiymətləri ilə bağlı
yenilənmiş proqnozlarını ictimailəşdirib.
Trend xəbər verir
ki, analitiklərin təxminlərinə görə, 2025-ci ildə “Brent” markalı
neftin orta illik qiyməti bir barrel üçün 68 ABŞ dolları təşkil
edəcək, “Dutch TTF” isə 1 meqavatt/saat üçün 38 avro olacaq.
2026-cı ildə isə “Brent” və “Dutch TTF”in orta illik qiyməti
müvafiq olaraq 57 dollar/barel və 1 meqavatt/saat üçün 31 avro
təşkil edəcək.
2027-ci ildə Brent markalı neftin illik orta qiymətinin təxminən
62 dollar səviyyəsində qalacağı, Dutch TTF-in qiymətinin isə
təqribən 26 avroya enəcəyi gözlənilir.
Xüsusi olaraq vurğulanır ki, 2025-ci ilin üçüncü rübündə “Brent”
neftinin qiymətinin bir barel üçün 68 dollar, dördüncü rübdə isə 62
dollar olacağı proqnozlaşdırılır. “Dutch TTF” üçün isə 2025-ci ilin
üçüncü rübündə qiymətlərin hər meqavatt-saata görə 33 avro,
dördüncü rübdə isə 35 avro səviyyəsində olacağı gözlənilir.


