Rusiya federal büdcəsi 26,9 milyard rubl itirə bilər

Baş səhifə

2025-ci ilin oktyabr ayında Rusiya federal büdcəsi əlavə neft və qaz gəlirləri baxımından 26,9 milyard rubl itirə bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, sentyabrın sonuna qədər faktiki gəlirlərin gözlənilən məbləğdən fərqi 13 milyard rubl təşkil edib. Sentyabrda büdcə əlavə neft və qaz gəlirlərindən 21 milyard rubl itirib.