Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər

Baş səhifə

Bakı. Trend:

Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr
hazırlayıb satan şəxslər müəyyən olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə
məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai
Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun
rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai
Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

Bildirilir ki, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli
xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox
medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər
və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi
götürülüb.




Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə
hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə
cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov
istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.