Moldovada parlament seçkiləri etibarlı hesab edilib

Baş səhifə

Bakı. Trend:

Moldovada parlament seçkiləri baş tutmuş hesab edilib.

Trend xəbər verir
ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat
xidməti məlumat yayıb.




MSK-nın məlumatına görə, yerli vaxtla saat 14:30-a olan
göstəricilərə əsasən, seçkilərdə iştirak etmək üçün qeydiyyatdan
keçmiş Moldova vətəndaşlarının 33%-dən çoxu səsvermədə iştirak
edib. Bu isə seçkiləri etibarlı elan etmək üçün tələb olunan
minimum həddi təmin edib.

Qurum, günün birinci yarısında seçici fəallığının nisbətən aşağı
olduğunu, lakin günortadan sonra həm ölkə daxilində, həm də xaricdə
göstəricilərin yüksəldiyini qeyd edib.