Bakıda qadını maşın vurub

Cəmiyyət


Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“resmixeber.az” xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hənifə Telman qızı Novruzova yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona gicgah sümüyünün basılmış sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir