Bakıda avtomobil aşıb, xəsarət alan var – FOTO

Cəmiyyət


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olarkən yolayrıcında “Volkswagen” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Volkswagen” aşıb və sürücüsü xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir