Hacıqabulda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Cəmiyyət


Hacıqabul rayonunda baş verən ağır yol qəzasında iki nəfər xəsarət alıb.

“resmixeber.az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Rüfət Əlisurət oğlu Babayev və 1997-ci il təvəllüdlü Ramil Azər oğlu Kazımov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir