Güneyli körpəyə aylar sonra doğum şəhadətnaməsi verildi – FOTO

Dünya


Türkay adlı təbrizli körpənin ailəsi 9 ay davam edən hüquqi prosedurdan sonra, nəhayət ki, qız övladları üçün doğum haqqında şəhadətnamə ala biliblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı körpənin atası Hüseyn Şirdelə istinadla xəbər verib.

Atanın sözlərinə görə, vəkil Davud Əli Məhəmməd və Sina Yusifinin Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi ilə hüquqi çərçivədə apardıqları  məhkəmə prosesi nəticəsində onlar sözügedən idarənin körpəyə doğum haqqında şəhadətnamə verməsinə nail olublar.

Qeyd edək ki, güney azərbaycanlılar övladlarına türk adları vermək istəyərkən hökumət orqanları tərəfindən bir sıra süni maneələrlə üzləşirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir