İndoneziya sahillərində güclü zəlzələ

Dünya


İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 318 min nəfər əhalisi olan Mataramdan 200 km şimalda və 518 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə elan verilməyib.

Daha sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi İndoneziya sahillərində ikinci zəlzələnin də qeydə alındığını, onun maqnitudasının 5,6 bal olduğunu bildirib. Yeni zəlzələnin episentri elə həmin şəhərdən 209 km şimal-şərqdə, 477 km dərinlikdə yerləşib. Dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir