Rusiya XİN: Moskva sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvana ciddi kömək edir – VİDEO

Dünya


“Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvana ciddi şəkildə köməklik göstərir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə News.ru-nun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan tezliklə sülh müqaviləsi bağlamaq niyyətindədirlər, lakin ölkələr bütün şərtlərlə razılaşmağa hazır deyillər.

“Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi barədə siqnallar hələ onların istənilən şərtlərlə razılaşmağa hazır olduqları demək deyil. Bir sıra mürəkkəb məsələlər üzrə həll yolları hələ tapılmayıb”, – Zaytsev bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Denis Qonçarla müsahibəni şərh edən Zaytsev aydınlaşdırıb ki, prosesi sürətləndirməyə ehtiyac yoxdur, çünki ölkələr sənədin qəbulunun sürətində deyil, sazişlərin keyfiyyətində maraqlıdırlar.

O əlavə edib ki, sülh müqaviləsinin hazırlanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatın elementlərindən biridir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir