Abşeronda qəsəbələri zibillik basıb: Problem niyə həll olunmur? – VİDEO

Cəmiyyət


Abşeron rayonu, Atyalı qəsəbəsində anti-sanitar vəziyyət hökm sürür.

Qəsəbə sakinlərindən resmixeber.az-a verilən məlumata görə, qəsəbənin bütün ətrafı zibillə dolub və aylardır təmizlənmir.

Sakinlər bildiriblər ki, zibillikdən gələn üfunət iyindən evdə oturmaq olmur.

Qeyd edək ki, Atyalı ilə qonşu qəsəbə olan Nübar qəsəbəsində də eyni vəziyyət hökm sürür.

Məsələ media tərəfindən dəfələrlə işıqlandırılsa da, problem öz həllini tapmır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir