Ukraynada parlament marixuana ilə bağlı qanun qəbul edib

Dünya


Ukrayna Ali Radası çətənə cinsindən olan bitkilərin (“cannabis”) tibbi, elmi və sənaye məqsədləri üçün istifadəsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə məlumatı Ukrayna Ali Radasının deputatları İrina Geraşşenko və Yaroslav Jeleznyak öz “Telegram” səhifələrində paylaşıblar.

268 nəfər ukraynalı deputat çətənə bitkisini müəyyən edilmiş məqsədlər üçün istifadəsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

“Qanun posttravmatik stress pozğunluğunun müalicəsində, xərçəng, epilepsiya, Parkinson xəstəliyi və digər hallarda ağrıların azaldılmasında çətənə bitkisindən istifadəyə icazə verir. Həmçinin, ikinci oxunuşda çətənənin yetişdirilməsi zamanı ciddi dövlət nəzarətinin tətbiq olunması qaydaları müəyyənləşdirilməlidir”, – qanun layihəsinin qəbuluna münasibət bildirən İrina Geraşşenko vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir