Kiyev vilayətində PUA-lar hədəflərə dəyməsə də, qalıqları evlərə ziyan vurdu

Dünya


Kiyev vilayəti gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Bu barədə vilayət administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib.

“PUA-ların hədəfi vurması faktları qeydə alınmayıb. Eyni zamanda, Kiyev vilayətinin iki rayonunda PUA qalıqlarının düşməsi nəticəsində üç fərdi yaşayış evinə ziyan dəyib. O cümlədən, evlərdən birində yanğın baş verib. Binanın döşəmə və divarlarına ziyan dəyib. Yanğın dərhal söndürülüb. Digər iki evdə – dam örtüyünə, fasada, pəncərələrə cüzi ziyan dəyib”, – deyə bildirilib.

Kravçenkonun sözlərinə görə, hücum nəticəsində bir nəfər ayağından yaralanıb, ona tibbi yardım göstərilib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir