Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, xəsarət alan var

Cəmiyyət


Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, xəsarət alan var.

“resmixeber.az”un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun “Vəl-vələ” çay körpüsünün yatağında çadırlarda Yevlaxdan gələrək köçəri məskunlaşan qaraçılar arasında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Süleymanova Dilbər Siyasət qızı qonşu çadırda məskunlaşan qohumları ilə mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir