Türkiyədə kənarda duran hər kəsin “indi” dediyi an – VİDEO

DIN


Türkiyənin İğdır şəhərində suvarma kanalına düşən inəyin ekskavatorla xilas edilməsi anı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Məlumata görə, şəhərdə leysandan sonra suvarma kanalları dolub-daşıb. Həmin ərazidən keçən iki heyvan axına düşüb. İnəklərdən biri sakinlər tərəfindən çətinliklə çıxarılıb, ikincisi isə təxminən 4 km-ə yaxın axınla sürüklənib.

Bu vaxt suvarma kanalının yaxınlığında işləyən ekskavator operatoru maşının çömçəsini kanala endirib və heyvanın yaxınlaşmasını gözləyib. Hər kəs maraqla onun hərəkətlərini izləyib. Peşəkar operator insanları yanıltmayıb və düzgün hesablama ilə ekskavatorun köməyi ilə inəyi sudan çıxara bilib.

Kadrlar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub, hər kəs operatorun çevikliyini və peşəkarlığını yüksək qiymətləndirib.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir