İsmayıllıda “Mercedes” dərəyə aşıb, sürücü ölüb

Cəmiyyət


Bu gün İsmayıllı rayonunun Namazgah kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Həsən Mirzəzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir