Daşkəsənə dolu yağdı: İcra hakimiyyəti işçiləri səfərbər etdi – VİDEO

Cəmiyyət


Daşkəsən rayonuna güclü dolu düşüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Daşkəsən rayonunun Quşçu kəndində qeydə alınıb. Sakinlərin sözlərinə görə, dolu təsərrüfata ziyan vurub.

Daşkəsən Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda rayon ərazisində heç bir problem yoxdur:

“Rayon ərazisində qərargah yaradılıb. Kənd nəzarət altındadır. Rayon icra nümayəndələri, bələdiyyələr fəsadların aradan qaldırılması üçün texnika cəlb ediblər. Qısa müddətdə hər şey yoluna qoyulub. Heç bir problem yoxdur”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir