Daşkəsəndə 58 yaşlı kişiyə balta ilə xəsarət yetirilidi

Cəmiyyət


Daşkəsəndə 58 yaşlı kişiyə balta ilə xəsarət yetirilib.

“Report“”un məlumatına görə, hadisə rayon Qabaqtəpə kəndində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü M.Qurbanov həmkəndlisi ilə mübahisə zəminində hər iki qolundan kəsici xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişin dediyinə görə, həmkəndlisi mübahisə zəminində balta ilə ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir