Azərbaycanda restoranda yanğın olub – VİDEO

Cəmiyyət


Sumqayıtda restoranın dam örtüyü yanıb. 

Bu barədə Baku.ws-ə daxil olan məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. 

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, FHN-in “112” qaynar xəttinə Sumqayıt şəhər, 9-cu mkr. ərazisində yerləşən “Sərin” restoranının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir