Ucarda məzun qəza törədib, xəsarət alanlar var – FOTO

Cəmiyyət


Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.

resmixeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi VAZ-2115 markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi “Mercedes” markalı maşın toqquşub.

Nəticədə sürücü, N.Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir