Şənbə gününün hava proqnozu AÇIQLANDI

Cəmiyyət

Fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir