44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 24-nə olan xronikasını təqdim edir:

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

– Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, PUA-sı zərərsizləşdirilib.

– Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.

– Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilməsinin
videogörüntüləri yayılıb. Düşmənin döyüş təyyarəsi
məhv edilib.

– Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.

– Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.

– Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan HHQ-i
düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.