Türkiyə XİN rəhbəri Qətərə səfər edəcək – müzakirə ediləcək mövzular açıqlandı

Baş səhifə

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazı
ətrafındakı vəziyyəti və Yaxın Şərq sülh prosesini müzakirə etmək
üçün mayın 12-də Qətərə səfər edəcək.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Bildirilib ki, Hakan Fidan danışıqlar zamanı Hörmüz boğazında
naviqasiya təhlükəsizliyi ilə bağlı Ankaranın gözləntilərini
açıqlayacaq və bunun regional təhlükəsizlik və iqtisadi sabitlik
üçün əhəmiyyətini vurğulayacaq. O, ən önəmli işin Fars körfəzindəki
münaqişənin qəti həlli olduğunu bildirəcək və bu istiqamətdə həyata
keçirilən diplomatik təşəbbüslər barədə fikir mübadiləsi aparacaq.
Fidan həmçinin regionda baş verən cari hadisələrin bir daha hərbi
və hərbi-texniki əməkdaşlığın artan əhəmiyyətini nümayiş
etdirdiyini bildirəcək.

Türkiyənin xarici işlər naziri həmçinin beynəlxalq ictimaiyyətin
diqqətini İsrailin Qəzza zolağında hərəkətlərinə və onların
yaratdığı humanitar fəlakətə cəlb etməyin vacibliyini vurğulayacaq
və həmçinin İsrail hücumları qarşısında Livanın suverenliyinin və
ərazi bütövlüyünün qorunmasının bölgədə qeyri-sabitliyin qarşısını
almaq baxımından vacib olduğunu vurğulayacaq.

Xatırladaq ki, Fidan 2026-cı ilin mart ayında Qətərə səfər
etmişdi.