Azərbaycanın bank sistemindən kənara köçürmələrin həcmi artıb

Baş səhifə

Bakı.Trend:

Bu ilin mart ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri
vasitəsilə bankdan kənara köçürmələrin həcmi 38,9 milyon manat
(65,8 min əməliyyat) təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına
istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədə
əməliyyatların sayı 22,8 min və ya 25,7% azalıb, köçürmələrin həcmi
isə 1,3 milyon manat və ya 3,5% artıb.




Hesabat dövründə bir köçürmənin orta məbləği 581,8 manat təşkil
edib ki, bu da 2025-ci ilin mart göstəricisi ilə müqayisədə 163,8
manat və ya 39,2% çoxdur.

Qeyd edək ki, mart ayının sonuna olan məlumata görə, banklar və
“Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının
sayı əvvəlki ay ilə müqayisədə 62 min ədəd artaraq 22 milyon 409
min karta çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.