“Turan Tovuz” “Sumqayıt”a qalib gəlib – Premyer Liqa

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun
vurulub.

Trend xəbər verir ki,
bağlanış matçı “Turan Tovuz” və “Sumqayıt” komandaları arasında
oynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan
sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.




Bu nəticədən sonra xallarını 52-yə çatdıran “Turan Tovuz” 3-cü
pillədəki mövqeyini möhkəmlədib. “Sumqayıt” isə 32 xalla 8-ci
pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Kəpəz”ə
4:1, “Neftçi” “Araz-Naxçıvan”a 2:1, “İmişli” “Qəbələ”yə 1:0 hesabı
ilə qalib gəlib, “Sabah” – “Zirə” (2:2) və “Şamaxı” – “Qarabağ”
(0:0) oyunlarında isə qalib müəyyənləşməyib.