
Bakı. Trend:
Azərbaycanda bu ilin 1 mart tarixinə bank sektorunda ümumi
depozit bazasının həcmi 41,345 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu vəsaitin 25,881 milyard manatı milli
valyutada, 15,5 milyard manatı isə xarici valyutadadır.
Milli valyutada yerləşdirilmiş depozitlərin 13,8 milyard manatı
tələb olunanadək, 12,080 milyard manatı isə müddətli depozitlərdən
ibarətdir. Xarici valyutada olan depozitlərin isə 8,1 milyard
manatı tələb olunanadək, 7,3 milyard manatı müddətli
depozitlərdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada depozitlər
2,175 milyard manat və ya 9,2 faiz artıb. Xarici valyutada
depozitlər isə 1,2 milyard manat və ya 7,5 faiz azalıb.


