
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
“Report” xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Lənkəran” “Gəncə”ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ilk görüşdə də “Gəncə” rəqibini üstələmişdi – 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


