İnşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş
kreditlərin həcmi 1,877 milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 22,7 milyon manat
və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 51,2 milyon
manat və ya 2,8% çoxdur.




Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9% artım deməkdir.