Bakı. Trend:
Danimarka ordusu ABŞ-nin adanı ələ keçirməyə cəhd etməsi halında
Qrenlandiyadakı aerodromların uçuş-enmə zolaqlarını sıradan
çıxarmaq üçün təxribat planı hazırlayıb.
Trend xəbər verir
ki, bu barədə “National Interest” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, plan çox sayda qoşunun desant çıxarılması
prosesini çətinləşdirmək, potensial ABŞ hərbi əməliyyatının
dəyərini artırmaq və əhəmiyyətli psixoloji təsir göstərmək məqsədi
daşıyır.
Bildirilib ki, aprelin 1-də Pentaqonun Qrenlandiyadakı üç hərbi
bazaya giriş üçün Danimarka ilə danışıqlar apardığı da qeyd
olunub.

