Bakı. Trend:
İtaliya Futbol Federasiyası (FIGC) milli futbolu yenidən
dirçəltmək layihəsi çərçivəsində Paolo Maldini və Alessandro Del
Pyero ilə danışıqlara başlayıb.
Trend xəbər verir
ki, “Milan”ın əfsanəvi kapitanı Paolo Maldini federasiyada vəzifə
almağa hazır olduğunu bildirib.
Lakin onun əsas şərti simvolik rol deyil, layihədə birbaşa
qərarverici və əməliyyat rəhbəri səlahiyyətlərinə malik
olmaqdır.
Digər bir əfsanə Alessandro Del Pyeronun da iyun ayından
etibarən federasiyada mühüm vəzifəyə gətirilməsi gündəmdədir. Onun
beynəlxalq təcrübəsindən və nüfuzundan maksimum yararlanmaq
planlaşdırılır.
FIGC rəhbərliyi artıq hər iki ulduzla ilkin təmaslara başlayıb.
Məqsəd İtaliya futbolunun DNT-sini yaxşı bilən bu şəxslərin
rəhbərliyi ilə yeni idman strategiyası formalaşdırmaqdır.

