Azərbaycan gimnastı “AGF Trophy” turnirində gümüş medal qazanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri
davam edir.

Trend-in
məlumatına görə, gənclər kateqoriyasında çıxış edən Azərbaycan
təmsilçisi Azadə Atakişiyeva gümüş medal qazanıb. O, top
proqramında ikinci olub.




Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş
medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun
vurulacaq.