Bakı. Trend:
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində
yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, yığılmış su kəsişmədəki tunelin kənarında yağış
xəttinə nasos aqreqat quraşdırılmaqla kənarlaşdırılıb.

