İstanbul boğazında gəmi hərəkəti dayandırılıb

Baş səhifə

Bakı. Trend:

İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli şəkildə
dayandırılıb.

Trend xəbər verir
ki, bu barədə “TRT Haber” məlumat yayıb.




Məlumata görə, buna Barbados bayrağı altında üzən gəmidə
yaranmış texniki nasazlıq səbəb olub.

Qeyd olunub ki, hadisə yerinə cəlb edilən texniki heyət
nasazlığın aradan qaldırılması istiqamətində işləri davam
etdirir.