Həftəsonu 50 minə yaxın şagird buraxılış imtahanı verəcək

Baş səhifə

Bakı. Trend:

Bazar günü 49701 şagird orta təhsil səviyyəsi (9 illik) üzrə
buraxılış imtahanı verəcək.

Trend bu barədə
Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Belə ki, aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ,
Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux,
Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə),
Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta
məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və
Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli
məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta
məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar,
Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.




İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmırlar.

İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında
xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi
nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina
və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.