TDT-yə üzv ölkələr arasında tərəfdaşlıq regionun sabitliyi üçün vacib şərtdir – Nökərqulu Ataquliyev

Baş səhifə

Bakı. Trend:

Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr
arasında tərəfdaşlığı regionun sabitliyi və inkişafı üçün vacib
şərt hesab edir.

Trend xəbər verir
ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu
Ataquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv
dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci
iclasında çıxışı zamanı deyib.

“Türkmənistan Türk dövlətləri arasında tərəfdaşlığı yüksək
qiymətləndirir və bunu regionun sabitliyi və inkişafı üçün vacib
şərt hesab edir. Hazırda ölkələrimiz qlobal gündəlikdəki əsas
məsələlər üzrə sıx və effektiv əməkdaşlıq aparır. Xüsusilə,
beynəlxalq sülhün möhkəmləndirilməsi, təhlükəsizliyin təmin
olunması, ətraf mühitin qorunması və Dayanıqlı İnkişaf Məqsədlərinə
çatmaq kimi sahələrdə səylərin əlaqələndirilməsi müasir dövrün ən
vacib vəzifələrindən biridir”, – deyə o bildirib.

Ataquliyev qeyd edib ki, bu kontekstdə TDT dövlətlərinin
səylərinin konsolidasiyasının önəmi xüsusi vurğulanmalıdır.