İran Ordusunun Baş Komandanı ABŞ-ı hədələdi: quru əməliyyatı başlasa…

Baş səhifə

“Əgər Amerika ordusu İranda quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də düşmən hərbçisi sağ qalmayacaq”.

Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi bəyan edib.

O, komandanlığın idarəetmə mərkəzlərindən birində ordu qüvvələrinin komandirləri ilə onlayn görüş keçirərək tapşırıqlar verib: düşmənlərin hərəkətlərini son dərəcə dəqiqliklə, anbaan izləmək və düşmənin hücum metodlarına qarşı çıxmaq üçün planları uyğun vaxtda həyata keçirmək lazımdır.

General-mayor Hatəmi vurğulayıb: “Əgər düşmən quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır”.

Əmir Hatəmi deyib ki, İran İslam Respublikası ordusunun bütün şəxsi heyəti şəhid olmağa and içiblər.