Rusiyada benzinin ixracı istehsalçılara qadağan edildi

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Nazirlər Kabineti benzinin ixracına
müvəqqəti qadağa tətbiq edib.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

İstehsalçılar üçün nəzərdə tutulan qadağa rəsmi dərc olunduğu
gündən etibarən iyul ayının sonuna kimi qüvvədə olacaq.




“Qərar yüksək mövsümi tələbat və kənd təsərrüfatı sahə işləri
dövründə daxili yanacaq bazarında sabit vəziyyətin qorunması,
həmçinin Yaxın Şərqdə formalaşmış geosiyasi vəziyyət səbəbindən
dünya neft qiymətlərinin artması fonunda qəbul edilib,”- deyə
Rusiya hökumətinin bəyanatında qeyd olunub.

Bildirilir ki, məhdudiyyətlər yalnız hökumətlərarası sazişlər
çərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmayacaq.