Zelenski ABŞ nümayəndələri ilə müzakirələr keçirib

Baş səhifə

Bakı. Trend:

Ukrayna lideri Volodimir Zelenski çərşənbə günü ABŞ rəsmiləri
ilə onlayn formatda görüş təşkil edib.

Trend xəbər verir ki, bu
barədə mənbələrə istinadən “Reuters” agentliyi xəbər yayıb.




Məlumata əsasən, müzakirələrdə NATO-nun baş katibi Mark Rutte,
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Donald
Trampın kürəkəni Cared Kuşner və amerikalı senator Lindsi Qrem də
iştirak ediblər.

Görüşün detalları açıqlanmayıb.