Azərbaycan üzərindən Ermənistana taxıl göndəriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl
göndəriləcək.

Trend-in
məlumatına görə, yük 5 vaqondan ibarətdir.

Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol
Stansiyasından yola düşəcək.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata
birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş
Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan
qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan
taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48
vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel
yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil
benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel
yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31
vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın
9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı,
martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11
vaqonda taxıl göndərilib.

Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton
ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.

Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda
göndərilib.