Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq
turnirində Sent Lüsiya yığması ilə keçirilən oyunda tarixinin ən
böyükhesablı qələbəsini qazanıb.

Trend xəbər verir ki, Ayxan
Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər
stadionundakı görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və
2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ən
böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn
(4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində
əldə etmişdi.




Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda
5-dən çox qol vurub.