
Bakı. Trend:
Bu gün səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti,
paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı
və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində
çalışırlar.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra
Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə
artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların
kənarlaşdırılmasında problemlər yaranıb:
“Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər
ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən
edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinə təqdim edilir”.
Qeyd edilib ki, aidiyyəti qurumlar tərəfindən yağan yağışın
fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam
etdirilir.


