Türkiyədə bara silahlı hücum qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin şimal-qərbində yerləşən Kocaeli şəhərində bara
silahlı hücum təşkil edilib.

Trend xəbər verir
ki, hadisə gecə saatlarında İzmit rayonunda yerləşən barlardan
birində baş verib.




Belə ki, avtomobillə əyləncə məkanına yaxınlaşan şəxslər barı
atəşə tutduqdan sonra hadisə yerindən qaçıblar. Nəticədə iki nəfər
həlak olub, üç nəfər isə yaralanıb. Yaralılardan birinin
vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, hücum edən
şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata
keçirilir.